Sumqayıt şəhərində yaşayış binasının tikintisinə icazə almaq adı ilə sahibkardan 400 min manat alan şirkət filialının direktoru Arif Mansurovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Məlumata əsasən, "Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited" şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurovun şikayətinə Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq.
İttihama görə, A.Mansurov Sumqayıtda yaşayış binası tikməyə icazə almaq vədi ilə bir sahibkardan 400 min manat, Ali Məhkəmədə mülki məhkəmə işini onun xeyrinə həll edəcəyini vəd edərək Mehti adlı şəxsdən isə 170 min manat alıb. O, ümumilikdə iki nəfərə qarşı 570 min manatlıq dələduzluqda təqsirləndirilir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mansurov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Pravda.аz