Sumqayıtda ət kəsimi məntəqəsində çəkilən video sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Sumqayıt24 bu haqda 16 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.
Belə ki, 10-cu mikrorayonda yerləşən ət kəsimi məntəqələrinin birində qəssab öküzün ağzını möhkəm sarıyıb. İnsanların sözlərinə görə, bu kimi rəftarla o, heyvana işgəncə verir, suya həsrət qoyur. Bənzər davranışa yol verən şəxslər aidiyyəti qurumlar tərəfindən cəzalandırılmalıdır.
Lakin bir qrup insan tam əksinə, heyvanın səsinin hamını narahat etdiyi üçün bu addımın doğru olduğunu düşünür.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, agentliyin Sumqayıt Regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb və faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.