Sumqayıtlı gənc rəssam beynəlxalq yarışmada uğurla çıxış edib. Bu haqda bu gün, 22 aprel tarixində Sumqayıt UGİM məlumat yayıb.
Məlumata əsasən, Fatimə Bayramlı "Bir millət, iki dövlət” adlı rəsm müsabiqəsində 3-cü yerə layiq görülüb.
Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.