Şahmat Federasiyasının prezidenti sumqayıtlı şahmatçının son turnirindəki məğlubiyyəti haqqında müsahibəsində danışıb. Bu haqda bu gün, 16 iyun tarixində Qafqazinfo-ya istinadən xəbər veririk.
“Son aylar Şəhriyar Məmmədyarovun demək olar istirahətə vaxtı olmur, ardıcıl olaraq böyük turnirlərdə iştirak edir. Şəhriyar Məmmədyarov yüksək səviyyəli şahmatçı olduğuna görə çoxlu sayda dəvət alır. Həm FİDE Qran-Pri, həm Grand Chess Tour kimi yarışları qeyd etmək olar. Ardıcıl yarışlarda iştirakına baxmayaraq Şəhriyar nailiyyətlərini artırmağı bacarır. Son illərin ən böyük turnirlərindən sayılan "Norway Chess" çox məşhur yarışlardan biridir. Şəhriyar mötəbər turniri udmağa çox yaxın idi. Püşkə əsasən son turda milli komandadakı yoldaşı Teymur Rəcəbovla mübarizə apardı. Fikrimcə bizim şahmatçılar çox ağır, psixoloji vəziyyətdə qalmışdı. İnanıram ki, ədalətli mübarizə apardılar. Azərbaycan şahmatçılarının duelində sonda Teymur qalib gəldi. Amma idmanda istənilən nəticə ola bilər. Şəhriyar qalib gəlsə idi, yenə də tənqidçilər fərqli fikir söyləyəcəkdi. Bununla belə ikinci yeri tutan Şəhriyar karyerasının ən gözəl yarışlarından birini keçirdi”, - Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov söyləyib.