Beynəlxalq dərəcəli qrosmeyster öz şahmat məktəbində master-klas təşkil edəcək. Sumqayıt24 bu haqda bu gün, 3 may tarixində xəbər verir.
17 may saat 09:30 başlayacaq ustad dərsi 2 hissədən ibarət olacaq. 1-ci hissədə Məmmədyarov tədbir iştirakçıları ilə tanış olacaq, uğurlu şahmatçı olmağın sirlərini öyrədəcək. 2-ci hissədə isə şahmatçı görüş iştirakçıları ilə blits və seans oyunları keçirəcək. Görüşdə, həmçinin Qurban Qurbanov fəxri qonaq qismində iştirak edəcək.
12:30-dan 14:00-dək master-klas iştirakçıları üçün nahar və istirahət vaxtı veriləcək.
Ustad dərsi ödənişlidir. Ətraflı məlumat üçün (050) 666-83-84 nömrəsi ilə əlaqə saxlamaq olar.
Ünvan: Bakı şəhəri, İ. Qutqaşınlı 507-511 (Altes Plaza).