top
Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?
Bu gün, 16:30
- +

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

"Ödənişlərə gələndə əllərinə kağız alıb camaatın üstünə gəlirlər. Amma problem olanda dövlət qurumları baxmır".

Bu sözləri şikayətçi olan Sumqayıt sakini deyib.

O bildirib ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, qurumlar problemin həlli ilə bağlı məsuliyyəti bir-birinin üzərinə atır:

"Bina evində, xüsusilə də 5-ci mərtəbədə ilan olması həqiqətən də biabırçılıqdır. Bütün qurumlara zəng etdim. Fövqəladə Hallar Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Hamısı bir-birinin üzərinə atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bildirmişəm. İcra hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin üzərinə atır, Fövqəladə Hallar Nazirliyi də başqa qurumlara yönləndirir".

Şikayətçi həmçinin kommunal və digər ödənişlərini vaxtında etdiyini, lakin problem yarananda aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görmədiyini deyib:

"Bütün ödənişləri ilin əvvəlindən düz axıra qədər əvvəlcədən ödəyirəm. Hətta bu ilin ödənişini də tam ödəmişəm.

Ödənişlərə gələndə əllərinə kağız alıb camaatın üstünə gəlirlər. Amma problem olanda dövlət qurumları baxmır". 
Məsələ ilə bağlı adıçəkilən aidiyyəti qurumlara sorğu ünvanlanıb.

Fövqəladə Hallar Nazirliyindən sorğuya cavab olaraq bildirildi ki, belə halların aradan qaldırılması nazirliyin səlahiyyətlərinə aid deyil və məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir:

"Bu cür problemlərlə bizim nazirlik məşğul olmur. Siz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edin. Bununla bağlı bizim səlahiyyətimiz çərçivəsində heç bir məsələ yoxdur və kadr potensialı da nəzərdə tutulmayıb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, məsələ onların səlahiyyətlərinə aid deyil:

"Bu məsələyə bizim nazirlik baxmır. Hansı qurum baxır, o barədə məlumatımız yoxdur".

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə sorğuya cavab olaraq bildirildi ki, məsələ aidiyyəti quruma yönləndirilib:

"Şirvan yaşayış massivindədir. Mənzil İstismar Sahəsinə məlumat vermişik".

Mənbə: Azxeber.соm

Son xəbərlər

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Oxşar xəbərlər