top
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Bu gün, 16:59
- +

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Prezidenti İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.

Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.

Nazirlər Kabinetinə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Maliyyə Nazirliyinə fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Oxşar xəbərlər