top
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?
Bu gün, 18:15
- +

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Ötən ildən tikintisinə başlanan Pirşağı-Xırdalan-Novxanı-M4 yolunun tikintisi ilə əlaqədar Saray-Masazır, qismən Novxanı yolunun bir hissəsi məhdudlaşdırıldığına görə, sürücülər bir müddətdir ki, çətinlik çəkirdilər. 

Saray-Masazır-Novxanı istiqamətində hərəkət edən sürücülər yollarını dəyişməli, uzatmalı olduqları üçün işlərin yekunlaşdırılmasını səbirsizliklə gözləyirlər. Bu günə qədər aparılmış müntəzəm işlərə görə artıq tikintinin böyük hissəsi başa çatıb. Hətta Masazır istiqamətində salınmış tuneldə hərəkət bərpa edilib, yeni əlavə yollar hamarlaşdırılıb.

İlk baxışda bitmək üzrə görünən yol tikintisinin nəzərdə tutulan 2027-ci ildən öncə təhvil verilməsi mümkündürmü?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda tikinti və yenidənqurma işləri müvafiq Dövlət Proqramı çərçivəsində təsdiq edilmiş layihə və iş qrafikinə uyğun olaraq mərhələli şəkildə davam etdirilir: 

"Layihənin icrası zamanı görülən işlərin ardıcıllığı, ərazidə mövcud mühəndis-kommunikasiya xətlərinin vəziyyəti, ayrı-ayrı yol hissələrində aparılan tikinti-quraşdırma işlərinin həcmi, eləcə də digər texniki amillər nəzərə alınır. Bu səbəbdən işlərin intensivliyi ayrı-ayrı hissələr üzrə fərqli ola bilər. Hazırda layihə üzrə nəzərdə tutulan işlər təsdiqlənmiş qrafikə uyğun icra olunur. Yolun tam başa çatdırılması və istifadəyə verilməsi müddəti də Dövlət Proqramında və layihə üzrə müəyyən edilmiş icra qrafikinə uyğun şəkildə tənzimlənir".

Qeyd edək ki, layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.

Hazırda 4 körpü üzrə işlərin 90%-i, 1 körpü üzrə 80%-i, 2 qovşaq körpüsü üzrə 76%-i, 1 qovşaq körpüsü üzrə 45%-i, 1 qovşaq körpüsü üzrə isə 5%-i, 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə yetirilib.

Mənbə: Bizim media

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Bu gün, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Oxşar xəbərlər