Sumqayıtdan həkimləri Masazıra xəstənin yanına çatdırandan sonra dünyasını dəyişən sürücünün iş yoldaşları xatirələrini bölüşüblər.
Onlar mərhumun mərdliyindən, ağrıları barədə heç kəsə bir söz demədiyini qeyd ediblər.
Məlumata görə, mərhum İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutma nəticəsində dünyasını dəyişib.
Həkimlərin sözlərinə görə, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, "Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm" deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.
Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ. Məmmədovun sükan arxasında həyatını itirdiyini görüblər.
Video: Xəzər Xəbər