Sentyabrın 28-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 158 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.