Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib.
Sumqayit24.az xəbər verir ki, qəbul prosesində STM-in aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Görüş çərçivəsində 25 vətəndaşın müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerində həll olunub.