Sumqayıt "ASAN xidmət" mərkəzində xidmət saatlarında dəyişiklik edilib. Buna səbəb şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə çox sayda müraciətlərin olmasıdır.
Dəyişikliyə əsasən şəhərdə yerləşən "ASAN xidmət" mərkəzi müvafiq xidmətlə bağlı fasiləsiz həftəiçi 5 gün 09:00-dan 20:00-dək fəaliyyət göstərəcək.
Son günlər "ASAN xidmətin" önündə canlı növbədə sıxlıq müşahidə olunurdu.