Sumqayıt Dövlət Universitetində yeni təyinat olub. Bu haqda bu gün, 20 aprel tarixində universitetin saytına istinadən xəbər veririk.
Məlumata əsasən, dosent Elmar Xəlilov Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin edilib.
Bundan öncə Elmar Xəlilov SDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edib.