Sumqayıt Perinatal Mərkəzi müasir avadanlıqla təmin edilib. Bu haqda bu gün, 20 aprel tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Məlumata əsasən, mərkəzə qızdırıcı bələk, kardiomonitor, süni tənəffüs, sovurucu və narkoz aparatları və digər avadanlıqlar gətirilib. Aparatlar neonatal reanimasiya və intensiv terapiya şöbələrində istifadə olunacaq.