Sumqayıt Qaz İstismar Sahəsinin təsərrüfat həyətində iməcilik keçirilib. Bu haqda bu gün, 16 aprel tarixində idarə öz Facebook hesabına xəbər verib.
Məlumata əsasən, abadlaşdırma işlərində qurumun rəhbərliyi və işçiləri iştirak ediblər. Ağaclara və yaşıllıq sahələrinə qulluq göstərilib, ağacların dibi bellənib, gövdələri əhənglənib, eləcə də ərazidə yeni güllər əkilib və bordürlar rənglənib.
İməcilik işləri növbəti həftələrdə də davam etdiriləcək.