Sumqayıt məktəbliləri "Rəqəmsal bacarıqlar" layihəsi üzrə qəbul imtahanında iştirak edib. Sumqayıt24 bu haqda 13 iyun tarixində Abşeron - Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Sumqayıtdan, layihə üzrə 10-cu təmayül siniflərə qəbul imtahanına qatılmaq istəyən 171 nəfər 9-cu sinif şagirdi qeydiyyatdan keçib.
Qeyd edək ki, növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni informatika təmayüllü siniflərin açılması nəzərdə tutulur. Burada keçirilən dərslərin əsas məqsədi şagirdlərin intensiv metodikalarla “İT” peşələrinə hazırlanmasıdır.