Sumqayıt Uşaq Xəstəxanasında maarifləndirici seminar keçirilib. Bu haqda bu gün, 13 iyun tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
“Acil şöbənin quruluşu və vəzifələri”, “Qızdırma” və “Febril qıcolmalar” mövzularında müzakirələr aparılıb. Tədbirdə azyaşlılarda qızdırmanı yaradan səbəblərdən, törətdiyi fəsadlardan və simptomatik müalicədən ətraflı məlumat verilib.
Seminarın sonunda həkimləri maraqlandıran suallar cavablandırılıb.