Sumqayıtda Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Bu haqda bu gün, 5 may tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, tədbir Gənclər Kitabxanasında təşkil edilib. 12 nömrəli məktəbin şagirdləri “Haqqı hayqıran şair-Əhməd Cavad” adlı ədəbi-bədii gecədə iştirak ediblər.
Tədbirdə Əhməd Cavadın həyatı, fəaliyyəti, yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və qardaş Türkiyə üçün böyük xidmətlərindən, böyük acılarla bitən ömür yolundan danışılıb.
Gənclər Əhməd Cavad poeziyasından nümunələr, ədəbi kompozisiya, şairin sözlərinə bəstələnən “Can Azərbaycan” mahnısını ifa ediblər.