Sumqayıt şəhərində dezinfeksiya işləri aparılır. Bu haqda Dünya TV bu gün,13 aprel tarixində məlumat yayıb.
Məlumata əsasən, tibbi-profilaktik tədbirlər bulvarda, parklarda, xiyabanlarda, mikrorayon və məhəllərdə görülüb. Gigiyena və Epidemiologiya mərkəzinin nümayəndələri və Mənzil Kommunal Sahələrin əməkdaşları şəhəri xüsusi məhlullarla dezinfeksiya edib.
Sözügedən işlər bundan sonra da davam etdiriləcək.