Sumqayıtda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Report.az-ın məlumatına görə, hadisə "Yaşıl dərə" yaşayış massivində baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində zəruri işlər aparılır.
Hadisənin səbəbi, eləcə də əraziyə və sakinlərə dəyən zərərin həcmi araşdırılır.