Heydər Əliyev mərkəzində gənc yazarın kitab təqdimatı keçiriləcək. Bu haqda bu gün, 19 aprel tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, “Gəncliyin sözü” adlı kitabın müəllifi İntiqam Yaşardır. Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar birliyinin həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxuma mədəniyyətinə təşviq” layihəsi çərçivəsində nəşr olunub.
20 aprel saat 15:00-da keçiriləcək təqdimata qatılmaq üçün linkdən istifadə etmək olar.