Xidməti nöqsanlarına görə vəzifəsindən azad edilən polis rəisi yeni təyinat alıb. Sumqayıt24 bu haqda bu gün, 30 aprel tarixində Oxu.az-a istinadən xəbər verir.
Söhbət Sumqayıt şəhər 5-ci polis bölməsinin sabiq rəisi, mayor Aqşin Əhmədovdan gedir. İmzalanan əmrə əsasən o, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat müvəkkili təyin edilib.