Sumqayıt şəhərində birmərtəbəli tikilidə yanğın baş verib. Bu haqda bu gün, 31 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Hadisə nəticəsində sahəsi 15 kv.m olan gözəllik salonunun yanar konstruksiyaları və içərisindəki əşyalar, həmçinin yaxınlıqda ümumi sahəsi 15 kv.m olan geyim mağazasının lambirindən ibarət üzlüyü və içərisindəki mallar yanıb. Alov nəticəsində yararnan yüksək temperatur yaxınlıqda olan yataqxana binasının xarici divarından keçən plastik su və kanalizasiya boruları 20 p.m əriməsinə səbəb olub.
Əraziyə gələn yangınsöndürənlər yataqxana binasını yanğından mühafizə ediblər.