top
Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi
Bu gün, 13:00
- ↺ +

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Sumqayit24.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müşavirədə şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müşavirədə geniş məruzə ilə çıxış edən icra başçısı Zakir Fərəcov bildirib ki, oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın davamlılığı, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin gücləndirilməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib.

Zakir Fərəcov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun siyasi və iqtisadi baxımdan güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi potensialının güclənməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi bu inkişaf modelinin mühüm nəticələridir.

Şəhər rəhbəri diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın iqtisadi gücünün və müstəqil dövlətçilik siyasətinin mühüm göstəricisidir.

Bildirilib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıtda da sosial-iqtisadi inkişafın təmin edilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Şəhərin sənaye potensialının inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, məşğulluq imkanlarının genişləndirilməsi, yol və kommunal infrastrukturun yenilənməsi dövlətin həyata keçirdiyi regional inkişaf siyasətinin tərkib hissəsidir. Qarşıdakı dövrdə də şəhərin inkişafı, sakinlərin müraciətlərinin operativ həlli və vətəndaş məmnunluğunun yüksəldilməsi əsas vəzifələrdən olacaq.

Z.Fərəcov çıxışında Prezident İlham Əliyevin qurultayda xüsusi diqqət yetirdiyi ideoloji təhlükəsizlik məsələlərinə də geniş yer ayırıb. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və müxtəlif ideoloji təsir vasitələri milli təhlükəsizlik sahəsində yeni çağırışlar yaradır. Dövlət başçısının "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir" fikrini xatırladan şəhər rəhbəri milli-mənəvi dəyərlərin, ictimai həmrəyliyin və gənc nəslin sağlam dünyagörüşünün qorunmasında bütün dövlət qurumlarının və ictimai institutların birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Müşavirədə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli Prezident İlham Əliyevin qurultaydakı çıxışının Azərbaycanın gələcək inkişafı, elmin və təhsilin qarşısında duran vəzifələr baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, müasir dövrdə dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, həm də cəmiyyətin intellektual səviyyəsi, elmi nailiyyətləri və insan kapitalının inkişafı ilə müəyyən olunur. Rektor vurğulayıb ki, ali təhsil müəssisələri gənclərin peşəkar mütəxəssis kimi hazırlanması ilə yanaşı, onların milli dövlətçilik düşüncəsinin, vətənpərvərlik hisslərinin və müstəqil dünyagörüşünün formalaşmasında da mühüm rol oynayır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının iştirakçısı İlhamə Abdullayeva çıxışında dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin icrasında təhsil sisteminin xüsusi məsuliyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, məktəblər yalnız bilik verən müəssisələr deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik, milli kimlik, vətəndaş məsuliyyəti və sağlam mənəvi dəyərlər əsasında formalaşdığı mühüm ictimai institutlardır.

Daha sonra müşavirədə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov, Sumqayıt Tibb Mərkəzi PHŞ-in direktor vəzifəsini icra edən Ramin Qasımov, müharibə iştirakçısı Ehtiram Məmmədov, şəhid ailəsinin üzvü Aynur Səmədova və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

İdman
Bu gün, 12:30

"Sumqayıt" bu gün "Zirə" ilə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 12:00

Sumqayıt hansı hava ilə nəfəs alır? Son aylarda şəhərin ekoloji vəziyyəti ilə bağlı nələr məlum olub? - ARAŞDIRMA

Bütün xəbərlər
Bu gün, 11:13

Sumqayıtda yolların təmirinə 2,4 milyon manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:00

Coratda avtobus dayanacağı ilə bağlı şikayət nəticə verdi

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtda fəhlə vakansiyası elan edildi - ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən Müharibəsinin 27-ci günü baş verənlər - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:57

Sumqayıtlı model: "TikTok"a görə 1000 manat vergi borcu yazıblar"

İdman
Dünən, 17:20

Ağır qəzaya düşən sumqayıtlı cüdoçu idmana nə vaxt qayıdacaq?

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda zibil qutularının dolub-daşdığı ərazi təmizləndi

Bütün xəbərlər
Dünən, 16:37

Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanıldı

Kriminal
Dünən, 16:23

Sumqayıtda çay evində BIÇAQLANMA - 64 yaşlı kişi tutuldu

Bütün xəbərlər
Dünən, 16:17

Sumqayıt məhkəməsində anasını öldürən şəxsə hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:46

Bakı, Sumqayıt və daha 4 şəhərin su təchizatına o rəhbərlik edəcək

Bütün xəbərlər
Dünən, 15:45

Rafael Ağayevin "qayıdışı" təxirə salınıb…

İdman
Dünən, 15:10

Sumqayıt idmançısının beynəlxalq uğuru diqqət mərkəzində

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda sabah şimşək çaxa bilər

İdman
Dünən, 14:07

"Sumqayıt" "Zirə" ilə oyuna üç itki ilə çıxacaq

Bütün xəbərlər
Dünən, 13:31

Oktyabr özünü niyə iyun kimi "aparır"? - SƏBƏBİ AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıt polisi tərəfindən axtarılan şəxs Almaniyadan ekstradisiya olunacaq

Bütün xəbərlər
Dünən, 12:27

27 ilini Sumqayıt teatrına həsr edən aktyorun yubileyidir

Bütün xəbərlər
Dünən, 11:55

Qızına zorakılıq etdiyi üçün kürəkənini öldürən şəxslə bağlı Ali Məhkəmədən mühüm qərar

İdman
Dünən, 11:25

Sumqayıtda mühafizəçi qorumalı olduğu şirkəti yardı

Oxşar xəbərlər