Corat qəsəbəsində sakinlərin avtobus dayanacağı ilə bağlı şikayəti nəzərə alınıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, Corat qəbiristanlığının yaxınlığında, dəniz kənarında yerləşən avtobus dayanacağında yenilənmə işləri aparılıb.
Belə ki, dayanacağın müəyyən hissələrinə şüşələr yerləşdirilib.
Qeyd edək ki, redaksiyamız oktyabrın 20-də sözügedən dayanacağın küləkdən və soyuqdan qorunmaq üçün kifayət qədər qapalı olmaması ilə bağlı sakinlərin şikayətini işıqlandırıb.