Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsində cüdo üzrə dünya çempionatının bürünc medalçısı, Sumqayıt idmançısı Ömər Rəcəbli ilə görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, görüş zamanı Regional İdarənin rəisi Telman Kərimov idmançını qazandığı uğur münasibətilə təbrik edib, ona gələcək yarışlarda yeni nailiyyətlər və qələbələr arzulayıb. İdmançının əldə etdiyi nəticənin Azərbaycan cüdosunun inkişafına töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, Ömər Rəcəbli 04-07 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən cüdo üzrə dünya çempionatında -81 kq çəki dərəcəsində bürünc medal qazanıb. İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Zaur Rəcəblidir.
Ömər Rəcəblini təbrik edir, ona gələcək idman fəaliyyətində uğurlar arzulayırıq!