Sumqayıtın 10-cu mikrorayonunda yenidən qazıntı işlərinin aparılması diqqət çəkib.
Sumqayit24.az-a bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Qeyd olunub ki, Babək küçəsində mart-aprel aylarında yağan intensiv yağışlardan sonra kanalizasiya xətlərində çökmə yaranıb və problemin aradan qaldırılması məqsədilə ərazidə təmir işləri aparılıb. Vətəndaşların məlumatına əsasən, qazılan hissə təxminən 2-3 ay bu vəziyyətdə qalıb.
Daha sonra ərazi asfaltlanıb. Lakin sakinlərin sözlərinə görə, asfaltlama işlərindən bir müddət sonra həmin küçədə yenidən qazıntı işlərinə başlanılıb.
Bu hal sakinlər arasında suallar yaradıb.
"Bəs bu işlər əvvəlcədən planlaşdırılıbsa, küçə niyə yenidən qazılır? Asfaltı çəkib yenidən sökmək nə vaxta qədər davam edəcək?" - deyə sakinlər bildiriblər.