Ceyranbatan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.
Sumqayit24.az xəbər verir ki, hadisə Təbrik Baxışov küçəsində baş verib.
Belə ki, gənc yaşlarında olan iki oğlan arasında yaranan münaqişə zamanı onlardan biri digərinə bıçaqla xəsarət yetirib.
Əldə etdiyimiz məlumata görə, Ceyranbatan qəsəbəsi ərazisində baş verən insident araşdırılır.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən B.Adıgözəlli müəyyən olunaraq saxlanılıb.