Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaxın günlərdə rəhbər dəyişikliyinin baş verəcəyi gözlənilir.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov postunu tərk edə bilər.
İddialara əsasən, onun yerinə stadionun əvvəlki direktoru Nadir Quliyevin qayıtması nəzərdə tutulur.
Qeyd edək ki, keçmiş boksçu Şahin İmranov 2024-cü ilin oktyabrında stadionun yeni direktoru təyin olunub.