Sumqayıtda yumşaq polimer qablaşdırma məhsulları istehsal ediləcək. Sumqayıt24 bu haqda bu gün, 6 may tarixində APA-ya istinadən xəbər verir.
Bu layihənin icrasına “AK PACK” MMC tərəfindən 7 mln manat investisiya ediləcək. 35 nəfərin işləyəcəyi müəssisənin hazırladığı məhsulların həm ölkədaxili, həm ölkəxarici istifadəsi nəzərdə tutulur.