Sumqayıtda mikrorayonlardan birində antisanitar vəziyyət hökm sürür.
Bu barədə Sumqayit24.az-a 10-cu mikrorayon, 3 saylı yaşayış binasının sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, ərazi bəzi sakinlər tərəfindən zibillənir. Qeyd olunub ki, bu vəziyyət ərazinin görüntüsünü korlamaqla yanaşı, burada yaşayışı da çətinləşdirir.
Bundan əlavə, həmin məişət tullantılarının yandırıldığı da iddia olunur.
"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəmi 5 dəqiqə geciksəydilər, alov qarajın içərisinə keçəcək, nəticədə qarajda olan avtomobil də yanaraq ciddi zərər görə bilərdi. Daha böyük faciənin qarşısı son anda alınıb", - deyə sakinlər narahatlıqlarını bildiriblər.
Şikayətçilər aidiyyəti qurumlardan əraziyə nəzarətin gücləndirilməsini və problemin qarşısının alınmasını, ətrafı zibilləyən sakinlərdən isə daha məsuliyyətli davranmalarını xahiş ediblər.