Sumqayıt şəhərində “Vətən bağı al-əlvandır, var içində xarı bülbül” adlı tədbir keçirilib. Sumqayıt24 bu haqda bu gün, 13 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Məlumata əsasən, tədbir 1 nömrəli məktəbdə təşkil edilib. Şuşa ilinə həsr olunan tədbirdə şagirdlər kiçik səhnəciklər və milli rəqslər təqdim edib, mahnılar səsləndiriblər.
Mərasimdə Sumqayıt şəhər Təhsil Şöbəsi Metodiki kabinetin direktoru Gülbahar Haqverdiyeva, metodist Cəmilə Fəyyaz, 1 nömrəli məktəbin direktor müavini Nailə Dadaşova iştirak ediblər.