Tağıyev qəsəbəsində intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 27 aprel tarixində Lent.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə bağ evlərinin birində qeydə alınıb. N. Rüstəmova yaşadığı evin həyətində özünü asıb. 23 yaşlı gəncin köməyinə gələn valideynlər kəndiri kəsib, onu xəstəxanaya çatdırıblar.
Hazırda Rüstəmova reanimasiyadadır. Onun vəziyyəti ağır qiymətləndirilir.