Sumqayıt 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) təsviri incəsənət dərnəyi üzvlərinin paytaxtda sərgisi keçirilib. Bu haqda bu gün, 8 iyun tarixində mərkəzə istinadən xəbər veririk.
Xətai Sənət mərkəzində təşkil edilən "Ruhumun rəngi" adlı sərgi Şuşanın 270 illiyinə həsr olunub. UGİM-in gənc üzvləri həmçinin şeir və mahnılar səsləndirib, rəqslər nümayiş ediblər. Sonda sərgidə qalib gələn rəssamlara mərkəzin diplomu və hədiyyələr təqdim olunub.
Tədbirdə qonaq qismində Təhsil Nazirliyinin baş məsləhətçisi Maral xanım Salmanova, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, respublikanın Xalq rəssamları Aydın Rəcəbov və Arif Hüseynov iştirak ediblər.