top
“YUXU”-nun musiqiçisi: “Qrup yenilənməlidir”– ÖZƏL MÜSAHİBƏ
07 noyabr 2024, 06:30
- +

“YUXU”-nun musiqiçisi: “Qrup yenilənməlidir”– ÖZƏL MÜSAHİBƏ

“Yuxu” Azərbaycan rok qrupu kimi 1987-ci ildə Sumqayıt şəhərində yaranıb. Qrup Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1999-2001-ci illərdə Türkiyədə göstərib. Qrup hər iki ölkədə bir neçə festivalda  da iştirak edib.

“Yuxu”nun bütün mahnıları Azərbaycan dilində olub. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və “Yuxu” qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.

Sumqayit24.az–ın əməkdaşı keçmiş “Yuxu” qrupunun musiqiçisi, zərb alətləri ifaçısı Çingiz Eyvazov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Çingiz bəy, necəsiniz, işləriniz necə gedir?

- Diqqətiniz üçün təşəkkür edirəm. İşlərimiz qaydasındadır. Hər şey yaxşı gedir.

- Özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən Çingiz Eyvazov 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Uşaqlıq illərim Sumqayıtda keçib.

- “Yuxu” qrupunda zərb alətləri ifaçısı kimi çıxış etmisiniz. Necə oldu ki, qrupa qoşuldunuz?

- İbrahim və Emil ilə bir həyətdə böyümüşük. İbrahimin uşaq vaxtı gitarası var idi. Gitarada ifa edirdi. Musiqiyə çox həvəsi var idi.  Mən də həyətdə şüşə bankaları bir yerə yığıb ona qoşulur və ifasını dəstəkləyirdim.  Zərb alətlərinə uşaq vaxtından meylim var idi. Böyüdükcə bu həvəsim daha da artdı. İbrahim ilə məhəllədə axşamlar otururduq. O gitarada, mən taxta-tuxta üzərində çalışırdım, yoldaşlıq edirdik.

1987-ci ildə İbrahim dedi ki, qrup quraq. Namiq, mən və İbrahim məşqlərə başladıq. Məhəlləmizə yaxın binada Cəsur qalırdı. Onu da qrupa dəvət etdik. Yavaş-yavaş başladıq.

- “Yuxu” qrupu ilə ən yaddaqalan anlarınızdan bəhs edərdiniz.

- Ən yaddaqalan ilk çıxışımız idi. 1989-cu ildə Heydər Əliyev Sarayında rok qruplarının yarışı keçirildi. Hərə bir mahnı ilə çıxış edirdi. İkinci yerə layiq görüldük.  Çox sevincli idik. Yarışda çoxlu sənətkar və musiqiçinin olması bizi çox həyəcanlandırdı. Bu müsabiqədə diplom almağımız yaddaşımızdan heç vaxt silinməz.

- Qrup üzvlərindən hazırda kimlərlə əlaqəniz var?

- Qrup üzvlərindən Namiq və Cəsur ilə əlaqəm var idi. Hazırda əlaqəmiz yoxdur. Hər kəs öz işi ilə məşğuldur.

- Yuxu” qrupu ilə neçə il birlikdə fəaliyyət göstərmisiniz?

- Yuxu qrupu ilə haradasa 13 il fəaliyyət göstərdim. Yəni, 1987-2000-ci illər arasında birlikdə çalışdıq. Daha sonra qrup dağıldı. Başqa- başqa yerlərdə, ayrı-ayrı sənətçilərlə ifa etməyə başladıq.

- Hazırda zərb alətində ifalar edirsinizmi?

- Hazırda zərb aləti ilə məşq edirəm. İnşallah bu yaxınlarda yeni bir layihə olacaq. Düşünürəm ki, yaxşı alınacaq.

- Yeni qrup yaratmaq fikriniz olub? Yeni qrupların yaradılmasında hansısa dəstəyiniz olubmu?

- Bəli, yeni qrup yaratmaq barədə düşünürəm. Çünki “Yuxu” davam etməlidir,  “Yuxu”nun davamçıları olacaq, yarım qalmayacaq. Bu qrup əbədi davam edib, nəsildən-nəslə keçməlidir.

Mən uzun vaxt Türkiyədə yaşamışam. 10 ildir ki, buradayam. Tatu işi işlə məşğulam. Bu səbəbdən musiqiyə fasilə vermişəm. Ona görə qruplara heç bir dəstəyim olmayıb. Yeni uşaqlarla yeni qrup qurduqdan sonra təbii ki, dəstəyim olacaq.

- Müasir rok ifaçılarından kimləri dinləyirsiniz?

- “Qara Dərviş”i, “AynaBand”i dinləmişəm. Bacarıqlı uşaqlar var. Ola bilər ki, bəzilərinin adını unutmuşam.

-  Bundan sonrakı planlarınızdan bəhs edərdiniz?

- Yenidən musiqiyə qayıdıb bu sahə ilə məşğul olmağı düşünürəm. Zamanım olsa, tatu sənətini də tərk etməyəcəm. Amma vaxtımı daha çox musiqiyə ayıracağam, qruplarla məşq edəcəyəm. Yaxşı nəticə üçün çox məşq etmək lazımdır.

- Tatuyla bağlı peşənizdən bəhs edərdiniz. Bu işə marağınız olub? Nə zamandan bu işə başlamısınız?

- Tatuya həvəsim uşaqlıqdan olub. Böyüklərin əllərində, bədənlərində döymələr görürdüm. 12 yaşım olanda artıq ilk döyməmə sahib oldum. Yavaş-yavaş həvəsim artdı. Məhəllədə uşaqlara tatu edirdim. Adlar, soyadlar, sözlər yazırdım. Yaxşı, incə xətlə yazırdım.  Daha sonra Türkiyəyə getdim. Bu peşəyə burada davam etdim və işlərim yaxşı getməyə başladı. Sonra mən özüm üçün tatu studiyası açdım, çalışdım. Türkiyədə bu işə bir peşəkar olaraq 1995-ci ildə başladım və bu günə qədər də davam edirəm.

- Siz özünüzü hansı peşənin peşəkarı kimi görürsünüz? Döymə ustası, yoxsa zərb alətləri ifaçısı?

- Hər iki peşəmi də çox sevirəm. Tatu ilə daha çox məşğul olduğum üçün onu sevirəm. Çörəyimiz ondan çıxır. İşimi sevərək işləyirəm. Məni yormur. Sevərəkdən işləyirəm. Zərb alətini də unutmaq mümkün deyil. Zərbə alətinin çubuqları heç vaxt əlimdən düşməyib.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:46

Sumqayıtda gecə dərman lazım olsa, hara müraciət etməli? - SİYAHI

Bütün xəbərlər
Dünən, 17:02

Bazar günü çimərlik planı quranların nəzərinə

Bütün xəbərlər
Dünən, 16:15

Polisdən bölgələrə səfər edənlərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıtın gənc cüdoçularından YÜKSƏK NƏTİCƏ

Bütün xəbərlər
Dünən, 14:55

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:40

İstirahət günü Sumqayıtda plan quranların nəzərinə

Bütün xəbərlər
Dünən, 13:57

Dünyanın nüfuzlu universitetlərindən biri sumqayıtlı məzunu seçdi

Bütün xəbərlər
Dünən, 13:01

Sumqayıtda EV YANDI

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda yenilənməyə ehtiyacı olan şəhid fotosu

Bütün xəbərlər
Dünən, 11:20

MİQ üzrə nəticələr açıqlandı

Bütün xəbərlər
Dünən, 11:04

Vətənə canını fəda edən sumqayıtlı şəhidlərimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 10:15

Sumqayıtda kişi işlədiyi köşkdə ÖLDÜ

Bütün xəbərlər
Dünən, 09:33

Sumqayıtda yolda "gizlənən təhlükə"

Bütün xəbərlər
31 iyul 2026, 22:54

Sumqayıtın bağça müdirindən zorakılıq iddiaları ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
31 iyul 2026, 17:48

Sumqayıt şəhəri niyə zibilliyə çevrilir?

Bütün xəbərlər
31 iyul 2026, 17:20

Sumqayıtda uşaq bağçada fiziki zorakılığa məruz qalıb? - İDDİA

Bütün xəbərlər
31 iyul 2026, 16:27

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ

Bütün xəbərlər
31 iyul 2026, 16:16

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün xəbərlər
31 iyul 2026, 16:14

Az bal toplayan abituriyentlərə FÜRSƏT

Bütün xəbərlər
31 iyul 2026, 15:23

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu

Bütün xəbərlər
31 iyul 2026, 15:01

Şənbə günü çimərliyə getmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
31 iyul 2026, 14:06

Sumqayıtda avtobusda yeni sərinləmək üsulu - Açıq qapı və pəncərələr

Bütün xəbərlər
31 iyul 2026, 13:34

Sumqayıtda avqustun ilk günü 36° isti olacaq

Bütün xəbərlər
31 iyul 2026, 12:50

Karvanların keçdiyi, igidlərin qoruduğu Corat

Oxşar xəbərlər