Bu gün, 20 Sentyabr – Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.
Sumqayit24.az xəbər verir ki, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncam əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq bu bayram hər il qeyd ediləcək.