Sumqayıt şəhəri, 5-ci mikrorayonda qəzalı vəziyyətdə olan ağac var. Sumqayıt24-ə bu haqda izləyicilər xəbər verib.
Sözügedən ağac ev 31-in arxa tərəfində yerləşir. Ona aid böyük budaqlardan biri çürüdüyü üçün hər an aşa bilər. Kiçik uşaqlar o ərazidə tez-tez oynayır, bu səbəbdən valideynlər baş verə biləcək bədbəxt hadisədən narahatdır.