Xəbər verdiyimiz kimi, 503 nömrəli marşrut üzrə müasir və komfortlu avtobuslar xəttə buraxılıb.
Sumqayit24.az xəbər verir ki, sözügedən avtobusun istismarı sentyabrın 15-dən həyata keçirilib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə gedişhaqqı 0.70 AZN təşkil edir və sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək
Dünəndən etibarən isə tədris ocaqları fəaliyyətə başlayıb. Bəs bu yeni avtobus tıxaclı gündə sərnişinlərə necə xidmət göstərdi və tıxaclar artdıqca fəaliyyətinə necə təsir edəcək?