Bu gün Aprel döyüşlərinin 8-ci ildönümüdür.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin və Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikasındakı hərbi birləşmələri arasında münaqişə baş verib.
Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunub.
Dördgünlük Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi.