top
Avqustun 13-ü ilə bağlı yayılan iddialar doğrudur? - BDU-dan CAVAB
04 avqust 2026, 16:20
- +

Avqustun 13-ü ilə bağlı yayılan iddialar doğrudur? - BDU-dan CAVAB

Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin müvəqqəti olaraq (7 saniyəlik) yox olacağı, insanların isə qısa müddət ərzində çəkisizlik vəziyyəti yaşayacağı barədə müxtəlif iddialar yayılır.

BDU-nun Astrofizika kafedrasından bildirilib ki, bu məlumatların heç bir elmi əsası yoxdur.

Qeyd edilib ki, onlar müasir fizikanın fundamental qanunlarına tamamilə ziddir:

"Yerin cazibə qüvvəsi onun kütləsi ilə müəyyən olunur. Nyutonun Ümumdünya cazibə qanununa əsasən, Yerin cazibə qüvvəsi onun kütləsi və radiusu ilə müəyyən edilir. Qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki cəhətdən mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir hadisənin baş verəcəyini göstərən heç bir elmi əsas yoxdur.

Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bu hadisənin səbəbi kimi qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması göstərilir. Əslində isə qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində insanların hiss edə biləcəyi və ya Yerin cazibə qüvvəsini dəyişdirə biləcəyi təsiri yoxdur: "Bəzi paylaşımlarda adı çəkilən, guya NASA tərəfindən hazırlanmış "Project Anchor" adlı hesabat da rəsmi elmi sənəd deyil və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənməyib.

Həmin tarixdə əslində hansı astronomik hadisələr baş verəcək?

- Perseid meteor yağışının maksimumu - 13 avqust tarixində müşahidə olunacaq. Bu, ilin ən zəngin meteor yağışlarından biridir və Bakıdan da əlverişli şəraitdə izlənilə bilər.

- 12 avqust tarixində tam Günəş tutulması baş verəcək. Tam tutulma əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək. Azərbaycandan isə müşahidə olunmayacaq.

Bu hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir. İnsanlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi təşkilatların, rəsədxanaların və etibarlı beynəlxalq elmi qurumların açıqlamalarına əsasən izləmək tövsiyə olunur. Astronomik hadisələr maraqlı və möhtəşəm olsa da, onların ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir.

13 avqust 2026-cı ildə Yerin qravitasiya qüvvəsinin yox olması və ya insanların çəkisizlik vəziyyəti yaşaması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Yer öz adi fiziki rejimində fəaliyyətini davam etdirəcək və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək".

Mənbə: Report.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:08

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Bütün xəbərlər
Bu gün, 13:35

"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verilib

Bütün xəbərlər
Bu gün, 13:22

Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü

Bütün xəbərlər
Bu gün, 12:30

Avtomobilsiz gün Sumqayıtda belə qeyd olundu

Bütün xəbərlər
Bu gün, 12:01

Sumqayıtın poliklinikasında növbə xaosu

Bütün xəbərlər
Bu gün, 11:20

Coratda avtomat tapılıb

Bütün xəbərlər
Bu gün, 10:52

Bakı-Sumqayıt yolunda qəza - betonqarışdıran maşın aşdı

Bütün xəbərlər
Bu gün, 10:16

Sumqayıt və Malayziya arasında təhsil körpüsü

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda avtoqəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda it yolu belə keçdi

Bütün xəbərlər
Dünən, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Dünən, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Dünən, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Dünən, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Dünən, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Dünən, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Dünən, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Dünən, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Dünən, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Oxşar xəbərlər