top
Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama
22 sentyabr 2026, 14:08
- ↺ +

Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər Sumqayıt Dövlət Universitetində (SDU) qiyabi təhsil üzrə tədrisin təşkili, o cümlədən tələbələrin əlavə fənn seçimi və imtahan sessiyalarının keçirilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər və iddialar yayılır.

Sumqayit24.az xəbər verir ki, SDU məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar universitetin rəsmi mövqeyini əks etdirmir və məsələnin hüquqi mahiyyətini tam əks etdirməyən yanaşmalara əsaslanır: 

"Sözügedən iddialarla bağlı universitetə rəsmi qaydada hər hansı sual və ya informasiya sorğusu ünvanlanmayıb. Bu səbəbdən sosial şəbəkələrdə səsləndirilən fikirlərin universitetin mövqeyi və ya mövcud vəziyyətlə bağlı təsdiqlənmiş məlumat kimi təqdim edilməsi düzgün deyil.

SDU-da tədris prosesinin təşkili ənənəvi yanaşmalara deyil, qüvvədə olan qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə əsaslanır. Universitet üçün əsas meyar tələbələrin istəklərindən və əvvəlki illərin praktikasından asılı olmayaraq, təhsil prosesinin qanunvericiliyə uyğun, şəffaf və vahid qaydalar əsasında təşkil edilməsidir.

Əlavə fənnin seçilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının qiyabi təhsil üzrə kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.5-ci bəndinə əsasən, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Həmin Qaydaların 2.1.18-ci bəndində isə tədrisə tam cəlb olunma (fulltime) ixtisasın təhsil proqramı ilə müəyyən edilmiş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növü kimi müəyyən edilir.

Bu hüquqi normalardan irəli gələn tələb ondan ibarətdir ki, əlavə fənn seçimi ilə bağlı müddəa qiyabi təhsilalma formasına avtomatik şəkildə şamil edilə bilməz.

İmtahan sessiyalarının təşkili ilə bağlı da SDU tərəfindən tətbiq olunan yanaşma qanunvericiliyin müvafiq müddəalarına əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü bəndinə əsasən, ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, digər kurslarda isə 40 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Qiyabi təhsilalma formasında tədris və imtahan prosesinin müvafiq müddətlər çərçivəsində təşkili həm təhsil prosesinin davamlılığının, həm də əmək fəaliyyəti ilə məşğul olan tələbələrin əmək və təhsil öhdəliklərini uzlaşdırmasının təmin edilməsinə xidmət edir. SDU-da imtahan sessiyalarının ildə iki dəfə təşkil edilməsi də məhz bu hüquqi və təşkilati çərçivə nəzərə alınmaqla həyata keçirilir.

SDU tələbələrin hüquq və maraqlarına hörmətlə yanaşır və onları maraqlandıran məsələlərlə bağlı rəsmi müraciətləri qanunvericiliyə uyğun şəkildə cavablandırmağa hazırdır. Eyni zamanda, ictimaiyyətə təqdim olunan məlumatların sosial şəbəkələrdəki qeyri-rəsmi paylaşımlara deyil, universitetin rəsmi açıqlamalarına və qüvvədə olan normativ-hüquqi aktlara əsaslanması xahiş olunur".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
Dünən, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
Dünən, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
Dünən, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Bütün xəbərlər
Dünən, 14:40

"Şam işığında dərs keçirəm" - Saraydan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:17

Sumqayıtda 70 manata kirayə ev tapmaq olar? – ARAŞDIRMA

Bütün xəbərlər
Dünən, 13:50

Bu gün qısa iş günüdür? - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:15

Bu tarixdə Yeri maqnit qasırğası bürüyəcək

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda bayram günündə hərbi yürüş təşkil ediləcək

Bütün xəbərlər
Dünən, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Dünən, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

İdman
Dünən, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
05 noyabr 2026, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Oxşar xəbərlər