Sumqayıtda orta yaşlı kişini avtomobil vurub. Sumqayıt24-ə bu haqda 16 may tarixində məlumat daxil olub.
Hadisə Babək küçəsində saat 12:00 radələrində baş verib. Belə ki, “Mercedes-Benz” markalı avtomobil “zebra”nın üzərindən yolu keçən 50-60 yaşlı kişini vurub. Şahidlərin sözlərinə görə, zərbənin təsirindən piyada havaya qalxaraq yerə çırpılıb. Nəticədə o, başından xəsarət alıb
Ətrafda olan insanların köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.