top
Bakı və Abşeronda sənədsiz evlərlə bağlı yeni təklif
Bu gün, 15:15
- ↺ +

Bakı və Abşeronda sənədsiz evlərlə bağlı yeni təklif

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qeydiyyatsız əmlakın sosial nəticələri ağırdır. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyub kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlər də göstərilmir, əmlakın bazar dəyəri xeyli aşağı düşür".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Zahid Oruc bildirib ki, Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılmış son araşdırma problemin əsl miqyasını göstərir: "Birinci nəticə odur ki, söhbət müvəqqəti tikililərdən getmir, on illərlə formalaşan yaşayış massivlərindən gedir. Sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, daha 36,8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Yəni ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb".

Komitə sədri araşdırmanın sosial mahiyyətinin də çox önəmli olduğunu vurğulayıb: "Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400-1000 manat arasındadır. Deməli, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir. Uzun müddətli problemin həlli dövlətimizin əhalinin həssas təbəqələrinə göstərdiyi qayğının nümunəsi olacaq.

Sənədsiz evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsi 51-150 kvadratmetr ölçüsünə malik fərdi yaşayış sahələridir. Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini satın alıb. Deməli, rəsmiləşməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz".

Onun sözlərinə görə, 2023-cü ilədək tikilən sənədsiz evlərin böyük əksəriyyəti kommunal xidmətlərlə təmin olunub: "100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Lakin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib.

Ölkəmizdə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır".

Mənbə: Apa

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda sabah 16 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 14:20

Novxanıda kişi qonaq getdiyi evdə ölüb

Bütün xəbərlər
Bu gün, 13:56

Sumqayıt məktəbində 1 sinifdə 52 şagird təhsil alır? – İDDİA

Bütün xəbərlər
Bu gün, 13:52

Aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib

Bütün xəbərlər
Bu gün, 13:12

Sumqayıt-Qazax istiqamətinə gedənlərə şad xəbər - yeni reys açıldı

İdman
Bu gün, 12:32

Sumqayıtlı qız tennisçilər Azərbaycanda rəqib tanımadılar

Bütün xəbərlər
Bu gün, 11:52

Sumqayıt məhkəməsinin rəy verdiyi işdə QƏRAR: ad dəyişmək asanlaşdı

Bütün xəbərlər
Bu gün, 11:12

Sumqayıtdakı dayanacaq elektrik cərəyanı keçirir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 10:32

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı təfərrüat

Bütün xəbərlər
Bu gün, 09:53

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxsin fotosu

İdman
Bu gün, 09:52

"Sumqayıt"ın məşqçi və futbolçuları üçün seminar keçirilib

Bütün xəbərlər
Dünən, 19:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 18:34

Almaniyada işləmək istəyən sumqayıtlıların DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 17:54

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

Bütün xəbərlər
Dünən, 17:20

Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunur - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:14

Sumqayıt bulvarına yeni yol çəkilir – ƏRAZİDƏN GÖRÜNTÜLƏR

Bütün xəbərlər
Dünən, 17:02

Sarayda narazılığa səbəb olan yolda işlər görülür

Bütün xəbərlər
Dünən, 16:34

SDU məzunu Qubada məktəbə direktor təyin edildi

Bütün xəbərlər
Dünən, 16:27

Sumqayıtda marketdə satılan pendirdə kif aşkarlandı?  - İDDİA

Bütün xəbərlər
Dünən, 16:04

Quşxana və tövlələrlə bağlı yeni qaydalar təsdiqləndi

Bütün xəbərlər
Dünən, 15:56

Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırma imtahanının vaxtı dəyişdirilib

Bütün xəbərlər
Dünən, 15:51

Sumqayıt sakini DOST mərkəzlərinin 5 milyonuncu vətəndaşı oldu

Oxşar xəbərlər