top
Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü
Bu gün, 17:54
- ↺ +

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində 44 yaşlı kişi baldızına xəsarət yetirib.

Məlumata görə, hadisə 16-cı mikrorayonda baş verib. 1982-ci il təvəllüdlü Rahib yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baldızı Əminənin (adlar şərtidir – red.) alnına yumruqla zərbə vuraraq ona xəsarət yetirib.

Rahib barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rahib bildirib ki, hadisə günü axşam saat 22-23 radələrində işdən evə gəlib:

"Bu zaman uşaqlarımdan ikisini həyətdə gördüm. Həmin vaxt həyat yoldaşımın telefonda başqa kişilərlə yazışdığının, onlara səsli mesajlar göndərdiyinin və əxlaqsızlıq etdiyinin şahidi oldum. Buna görə həyat yoldaşımı vurdum. Bundan sonra onun bacısı Əminə evə gəldi. Əminə məni söydüyü üçün əsəbiləşdim və onu yumruqla vurdum".

Zərərçəkmiş Əminə isə ifadəsində bildirib ki, işdə olarkən gecə saat 02:00-da Rahib ona zəng edərək bacısının başqa bir oğlanla danışdığını deyib:

"Daha sonra bacım Nailə yaşadığım evə gəldi. Bundan sonra Rahib gələrək Nailəni evdən apardı. Bir qədər sonra Rahib zəng edərək bacımı döydüyünü, saçını qırxdığını bildirdi.

İşdən çıxaraq Rahibin evinə gəldim. Qapını onun anası açdı. Həmin vaxt Nailənin saçları qırxılmış, dodağına çəngəllə xəsarət yetirilmiş, üzü-gözü isə pis vəziyyətdə idi.

Rahib məni döyə-döyə evdən çıxardı, məhəllədəki aptekə qədər vurdu. Üzüm qan içində idi. Həmin vaxt oradan keçən polislərə yaxınlaşdım. Səs-küyə qonşular da yığıldı".

Əminə təqsirləndirilən şəxslə barışmadığını deyib. Onun sözlərinə görə, Rahib alnına və qaşına həm əlindəki telefonla, həm də yumruqla zərbələr endirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Rahib 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, Rahibə cəzaçəkmə müddətində hər gün saat 23:59-dan növbəti gün saat 07:00-dək, Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini tərk etmək, həmçinin Sumqayıt və Bakı şəhərlərinin, eləcə də Abşeron rayonunun hüdudlarından kənara çıxmaq qadağan olunub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, iş yerini dəyişməsi və ya yeni işə düzəlməsi barədə cəzanın icrasına nəzarət edən orqana əvvəlcədən məlumat vermək vəzifələri qoyulub.

Hökmdə qeyd olunub ki, yaşayış yerini tərk etmək qadağası müalicə ilə əlaqədar xəstəxanada olduğu müddətə şamil edilmir.

Mənbə: Demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 18:34

Almaniyada işləmək istəyən sumqayıtlıların DİQQƏTİNƏ

Bütün xəbərlər
Bu gün, 17:20

Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunur - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:14

Sumqayıt bulvarına yeni yol çəkilir – ƏRAZİDƏN GÖRÜNTÜLƏR

Bütün xəbərlər
Bu gün, 17:02

Sarayda narazılığa səbəb olan yolda işlər görülür

Bütün xəbərlər
Bu gün, 16:34

SDU məzunu Qubada məktəbə direktor təyin edildi

Bütün xəbərlər
Bu gün, 16:27

Sumqayıtda marketdə satılan pendirdə kif aşkarlandı?  - İDDİA

Bütün xəbərlər
Bu gün, 16:04

Quşxana və tövlələrlə bağlı yeni qaydalar təsdiqləndi

Bütün xəbərlər
Bu gün, 15:56

Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırma imtahanının vaxtı dəyişdirilib

Bütün xəbərlər
Bu gün, 15:51

Sumqayıt sakini DOST mərkəzlərinin 5 milyonuncu vətəndaşı oldu

Bütün xəbərlər
Bu gün, 15:14

Qan xərçənginə ən çox rast gəlinən ərazilər arasında Sumqayıt da var

Bütün xəbərlər
Bu gün, 14:34

Azərbaycan və Dünya çempionu olmuş şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:54

Kamran Əliyev Sumqayıtda qəbul keçirəcək

Bütün xəbərlər
Bu gün, 13:14

70 yaşlı sumqayıtlı jurnalist təltif olundu

Bütün xəbərlər
Bu gün, 12:34

Novxanı-Xırdalan avtobusu çuxura düşüb

Bütün xəbərlər
Bu gün, 11:54

Sumqayıtda ev sahibi ilə keçmiş məcburi köçkün arasında GƏRGİNLİK

Bütün xəbərlər
Bu gün, 11:14

55 nömrəli avtobusdakı problem həll olunacaq? - AYNA-dan AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:34

Sumqayıtda körpələrin eşitmə sağlamlığı diqqət mərkəzindədir

İdman
Bu gün, 09:54

"Sumqayıt" klubuna və futbolçusuna AFFA-dan cəza

Bütün xəbərlər
Bu gün, 09:14

Sumqayıtın 7 nömrəli marşrutu: sərnişin daşıyırlar, yoxsa yük?

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtda süpürgəçilərin maaşlarından pul kəsilir? - İDDİA

İdman
Dünən, 17:55

Xanım azarkerşlərin nəzərinə - PULSUZ OLACAQ

İdman
Dünən, 17:15

Sumqayıt idmançısı qılıncoynatma üzrə ÖLKƏ İKİNCİSİ OLDU

Oxşar xəbərlər