top
Sumqayıt məhkəməsinin rəy verdiyi işdə QƏRAR: ad dəyişmək asanlaşdı
Bu gün, 11:52
- ↺ +

Sumqayıt məhkəməsinin rəy verdiyi işdə QƏRAR: ad dəyişmək asanlaşdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə bilər.

Bu barədə Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul edilib.

Qeyd olunur ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin II hissəsi baxımından Mülki Məcəllənin 26-cı və Ailə Məcəlləsinin 53.3-cü maddələrinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Ş.Yusifovun və həmin kafedranın müəllimi H.İrzayevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin mahiyyətindən irəli gələrək, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 189-cu maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla adın subyektiv səbəblərlə bağlı növbəti dəfə dəyişdirilməsi barədə müraciətlər yalnız əvvəlki dəyişiklik faktının mövcudluğu səbəbilə rədd edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.3-cü bəndinin məzmununun Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II, 71-ci maddəsinin II, 149-cu maddəsinin V hissələrinin, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinin tələblərinə uyğunlaşdırılması Nazirlər Kabinetinə tövsiyə edilib.

Mənbə: Report.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:12

Sumqayıtdakı dayanacaq elektrik cərəyanı keçirir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 10:32

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı təfərrüat

Bütün xəbərlər
Bu gün, 09:53

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxsin fotosu

İdman
Bu gün, 09:52

"Sumqayıt"ın məşqçi və futbolçuları üçün seminar keçirilib

Bütün xəbərlər
Dünən, 19:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 18:34

Almaniyada işləmək istəyən sumqayıtlıların DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 17:54

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

Bütün xəbərlər
Dünən, 17:20

Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunur - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:14

Sumqayıt bulvarına yeni yol çəkilir – ƏRAZİDƏN GÖRÜNTÜLƏR

Bütün xəbərlər
Dünən, 17:02

Sarayda narazılığa səbəb olan yolda işlər görülür

Bütün xəbərlər
Dünən, 16:34

SDU məzunu Qubada məktəbə direktor təyin edildi

Bütün xəbərlər
Dünən, 16:27

Sumqayıtda marketdə satılan pendirdə kif aşkarlandı?  - İDDİA

Bütün xəbərlər
Dünən, 16:04

Quşxana və tövlələrlə bağlı yeni qaydalar təsdiqləndi

Bütün xəbərlər
Dünən, 15:56

Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırma imtahanının vaxtı dəyişdirilib

Bütün xəbərlər
Dünən, 15:51

Sumqayıt sakini DOST mərkəzlərinin 5 milyonuncu vətəndaşı oldu

Bütün xəbərlər
Dünən, 15:14

Qan xərçənginə ən çox rast gəlinən ərazilər arasında Sumqayıt da var

Bütün xəbərlər
Dünən, 14:34

Azərbaycan və Dünya çempionu olmuş şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:54

Kamran Əliyev Sumqayıtda qəbul keçirəcək

Bütün xəbərlər
Dünən, 13:14

70 yaşlı sumqayıtlı jurnalist təltif olundu

Bütün xəbərlər
Dünən, 12:34

Novxanı-Xırdalan avtobusu çuxura düşüb

Bütün xəbərlər
Dünən, 11:54

Sumqayıtda ev sahibi ilə keçmiş məcburi köçkün arasında GƏRGİNLİK

Bütün xəbərlər
Dünən, 11:14

55 nömrəli avtobusdakı problem həll olunacaq? - AYNA-dan AÇIQLAMA

Oxşar xəbərlər