Tanınmış aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində oğurluq hadisəsi baş verib.
Aparıcının sosial şəbəkədə paylaşdığı məlumata görə, noyabrın 26-da saat 22:00 radələrində təxminən 15 nəfər evə daxil olaraq mobil telefonlar, 20 min manatlıq qədim boyunbağı, 10 min manatlıq brilyant sırğalar, müşahidə kameraları və domofon avadanlıqlarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.