Azərbaycanda üç peşə istiqaməti üzrə çalışan şəxslər üçün Almaniyada iş imkanları yaradılır.
Sumqayit24.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Bildirilib ki, Almaniyada işləmək və peşəkar karyerasını beynəlxalq səviyyədə davam etdirmək istəyən namizədlər üçün hazırda üç istiqamət üzrə vakansiyalar mövcuddur:
- Qaynaqçı / çilingər;
- Aşpaz;
- Yük avtomobili sürücüsü (C/CE kateqoriyası).
Agentlik qeyd edib ki, tələblərə uyğun namizədlər vakansiyalar üzrə müraciətlərini elektron qaydada təqdim edə bilərlər. Müraciət etmək üçün linkə keçid edilməlidir.