Sumqayıta yeni avtobuslar gətirilsə də, köhnə problemlər bitmək bilmir.
Sumqayit24.az-a daxil olan məlumata görə, 7 nömrəli marşrutun avtoparkı yenilənib. Xəttə yeni və ən əsas, kondisionerli avtobuslar buraxılıb. Lakin görünür ki, heç nə dəyişməyib.
Sürücülər əvvəl avtobusların köhnə, sistemin isə nasaz olduğunu səbəb gətirərək kondisionerləri qoşmurdular.
Bəs indi problem nədədir? Sumqayıt sakinləri 40 dərəcəlik istidə niyə “hamam”ı xatırladan avtobusda getməlidirlər?