Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyevin doğum günüdür. Respublikanın Əməkdar artistinin 50 illik yubileyi qeyd olunur.
Rauf Ağakişiyev 26 mart 1972-ci ildə Bakı şəhərində anadan olub. O, 1993-1997- ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1992-ci ildən şəhərin Dram teatrının aktyorudur.
Ölkə teleməkanının dublyaj sahəsinə də öz töhfəsini vermiş Əməkdar artist bir çox bədii filmlərdə, teleseriallarda çeşidli rollar oynayıb. 2003-cü ildə R.Ağakişiyev “Tərəqqi” medalı ilə təltif olunmuşdur.