top
Bu gün Milli Qurtuluş günüdür
14 iyun 2025, 13:03
- ↺ +

Bu gün Milli Qurtuluş günüdür

Bu gün Milli Qurtuluş günü qeyd olunur.

Sumqayit24.az xəbər verir ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Gəncədə dislokasiya olunan 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Bu gün, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
Dünən, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
Dünən, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
Dünən, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
Dünən, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Dünən, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
Dünən, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Dünən, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Dünən, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Dünən, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Dünən, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Dünən, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Dünən, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Dünən, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Dünən, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
24 sentyabr 2026, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
24 sentyabr 2026, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
24 sentyabr 2026, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
24 sentyabr 2026, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Oxşar xəbərlər